Reklam verin!
 
 

 

Londonda Böyük Britaniya parlamenti önündə Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.

Aksiya «Azərbaycan gəncliyi klubu», «London-Azərbaycan» cəmiyyəti və «Böyük-Britaniya» Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunub.

«Azərbaycan gəncliyi klubu»nun Londondakı rəhbəri Vüsal Həmzəyevin sözlərinə görə, aksiyanın keçirilməsində məqsəd britaniyalıların Xocalı faciəsinə diqqətini cəlb etmək idi.

«Trend»in xəbərinə görə, aksiyada 100-dən çox adam iştirak edib. Onların arasında Londonda təhsil alan azərbaycanlı tələbələr, habelə türk diasporunun nümayəndələri və Böyük Britaniyada yaşayan, əslən Cənubi Azərbaycandan olan soydaşlarımız olub. Aksiyaya yığışanlar əllərində Azərbaycan, Türkiyə və Şimali Kiprin bayraqlarını tutmuşdular.

Aksiya iştirakçılarının plakatalarında «Ermənistanın Azərbaycana qarşı terrorunu dayandırın», «Biz müharibəni başlayanlara qarşıyıq», «Xocalı faciəsi-20-ci əsrin ən dəhşətli faciəsidir» sözləri yazılmışdır.

Aksiya iştirakçıları «Ermənistanın Azərbaycana qarşı terrorunu dayandırın», «Ermənistan, Qarabağdan rədd ol» və digər şüarları səsləndiriliblər.

Aksiya iki saat davam edib. Aksiya zamanı yaxın ərazidən keçən insanlara Xocalı faciəsi haqqında ingilis dilində bukletlər paylanılıb.

Aksiyanın sonunda «Azərbaycan gəncliyi klubu»nun fəallarından olan Famil Quliyev bura toplaşan azərbaycanlılara öz təşəkkürünü bildirib və qeyd edib ki, birgə tədbirlərlə yanaşı Londonda yaşayan azərbaycanlılar fərdi şəkildə Xocalıda baş verənlərlə bağlı məlumatları yaymalıdırlar.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri yeddi min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: Mansur | Tarix: Mart 5, 2008 23:29 | Diaspora | Şərhlər(0) | Baxış sayı: 31

 

 

Məlumatda bildirilir ki, Ermənistan hakimiyyəti ölkə daxilində baş verən proseslərdən diqqət yayındırmaq üçün atəşkəs rejimini pozub.

«İndi erməni tərəfi itkilərin gerçək sayını gizlətmək məqsədilə kütləvi informasiya vasitələrində qeyri-obyektiv məlumatlar yayır».

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın 4-də səhər saatlarından başlayaraq atəşkəs rejimini pozulması nəticəsində 4 hərbiçi həlak olub, 1 nəfər yaralanıb. Ermənistan ordusunun 12 əsgərinin öldürüldüyü, 15-nin isə ağır yaralandığı xəbər verilib.

Ermənistan tərəfi isə atəşkəsin pozulması nəticəsində itkilərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini bildirir, Azərbaycan ordusunun daha çox itki verdiyini deyir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri üzrə komissiyasının sədri Ziyafət Əsgərov deyib ki, cəbhədə yaranan gərginlik prezident İlham Əliyevlə müzakirə olunacaq.

Xarici İşlər Naziri Elmar Məmmədyarov da deyib ki, Ermənistan hökumətinin məqsədi atəşkəsi pozmaqla daxili vəziyyətə yönələn diqqəti yayındırmaqdır. Nazir vəziyyətlə bağlı diplomatik korpuslara, beynəlxalq təşkilatlara məlumat verdiklərini deyib. Ondan əvvəl Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan atəşkəsin pozulmasında Azərbaycan tərəfini günahlandırıb.

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: Mansur | Tarix: Mart 5, 2008 20:32 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 54

 

Lalə Küşəvari «Presspost.az»: 4 mart 2008-ci ildə, saat 22:00-da Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin növbəti toplantısı (paltak iclası) keçirilmişdir. İclasda DAK İdarə Heyətinin 11 üzvü iştirak etmişdir. Bunlar - Sabir Rüstəmxanlı, Adil Minbaşı, Səməd Fərtaş, Mirəşrəf Fətiyev, Abuzər Bağırov, Fəramərz Quluzadə, Eldar Qaradağlı, Cavad Derəxti, Məmməd Azər, Haide Bornak və Rəhmət Nəcəfpur olmuşdur. Bundan əlavə, toplantıda DAK-ın sıravi üzvləri və ölkə nümayəndələri qonaq qismində iştirak etmişlər. İclasda DAK İdarə Heyətinin üzvü Sabir Rüstəmxanlı yekdilliklə DAK İdarə Heyətinin yeni sədri seçilmişdir.

Xatırladaq ki, martın 6-da saat 13:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında DAK İdarə Heyətinin çıxardığı son qərarlarla bağlı ətraflı məlumat veriləcək.

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: Mansur | Tarix: Mart 5, 2008 20:23 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 43

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: Mansur | Tarix: Mart 5, 2008 20:13 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 50

  Yazılar cəmi: 4